Səfirin müraciəti

Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hidayət Xuduş oğlu Orucovun müraciəti

 

Əziz dostlar, Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyinin rəsmi internet səhifəsinin qonaqları,

Səfirliyin rəsmi internet səhifəsinə xoş gəlmisiniz!

İnternet səhifəmiz Azərbaycan Respublikası və Qırğız Respublikası arasında ikitərəfli əlaqələrin obyektiv şəkildə əksini, inkişafının dinamikasını müşahidə etmək, dövlətimizin rəsmi mövqeyi baxımından hər iki ölkədə baş verən hadisələr barədə geniş ictimaiyyətini tanış etmək üçün nəzərdə tutulmuşdur.

Bu gün Azərbaycan bütün dünya ölkələri, o sırada Qırğızıstanla sıx əməkdaşlığa xüsusi önəm verir. Ölkələrimizin xalqlarını birləşdirən özgür türk kökləri, adət-ənənələri, tarixi, mədəniyyəti və ümumi milli maraqları var - dövlətlərimizin müstəqilliyini və suverenliyini gücləndirmək, sülh və sabitliyi təmin etmək.

Azərbaycan Respublikasının Səfirliyi xalqlarımız və dövlətlərimiz arasında dostluq və əməkdaşlığı daha da möhkəmləndirmək üçün ardıcıl səylər göstərir.

Bizim saytda Səfirliyin fəaliyyəti ilə yanaşı Azərbaycan haqqında, onun tarixi və mədəniyyəti barədə ətraflı məlumat əldə edə bilərsiniz. Saytda müxtəlif sahələrə aid linklər siyahısı mövcuddur.

Sayt istifadəçilərinin hər biri öz təkliflərini təqdim etmək, sayt və Səfirliyin fəaliyyəti haqqında fikirlərini bölüşmək üçün e-poçt göndərmək imkanı var.

Sonda bütün hörmətli istifadəçilərə xoşbəxtlik və rifah arzulayıram. Səfirliyimizin rəsmi internet səhifəsində tez-tez görüşməyimizə ümid edirəm.

Hörmətlə,

Hidayət Orucov

Arxiv üzrə axtarış