Səfirin tərcümeyi - halı

Azərbaycan Respublikasının Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Lətif Seyfəddin oğlu Qəndilovun tərcümeyi-halı

Anadan olduğu yer və tarix     31 avqust 1957-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir
1974–1978 D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun  "Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırması" fakültəsində təhsil almış, 1978-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək Lenin təqaüdçüsü olmuşdur
1978–1980 Hərbi xidmətdə olmuşdur 
1981–1983 Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda  əyani aspirant kimi  təhsilini davam etdirmişdir
1983–1986 Azərbaycan Xalq Təsərrüfatı İnstitutu və Bakı şəhər Sovetinin birgə təşkil etdiyi Bakı şəhəri sosial-iqtisadi inkişafın kompleks  problemlərin elmi-tədqiqat laboratoriyasında elmi işçi kimi çalışmışdır
1984 "İstehlak fondunun strukturu və artımının planlaşdırılmasının təkmilləşdirilməsi (Azərbaycan Respublikası timsalında)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır
1986–1995 Azərbaycan Texniki Universitetinin "İqtisadi nəzəriyyə" kafedrasının dosenti olmuşdur
1995-2001 Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əməkdaşlıq İdarəsində ikinci katib kimi fəaliyyətə başlamış və birinci katib vəzifəsinədək  yüksəlmişdir
2001-2004 İlk xarici təyinatını alaraq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin birinci katibi, sonradan müşaviri vəzifəsində çalışmışdır
2004-2010 Fövqəladə və səlahiyyətli səfir diplomatik dərəcəsi verilərək Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı ilk səfiri olmuşdur
2010-2011 Azərbaycan Respublikasının Xarici İşlər Azərbaycan Respublikasının Xarici İşlər 
2011-2016 Azərbaycan Respublikasının Çin Xalq Respublikası,Koreya Xalq Demokratik Respublikası və Monqolustanda, eyni zamanda, 2011–2013-cü illərdə Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdır
2016-2021 Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri
2021-indiyədək Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri

Mükafatlar:

 
2009 Qazaxıstanın İqtisadiyyat Maliyyə və Beynəlxalq Ticarət Universitetinin  fəxri doktoru seçilmişdir.
2009 Qazaxıstanda neft-qaz sahəsində ikitərəfli münasibətlərin inkişafına  görə ilin ən yaxşı diplomatı adına layiq görülüb
2010 Qazaxıstan Prezidentinin sərəncamı ilə 2-ci dərəcəli  "Dostluq Ordeni" ilə təltif olunmuşdur
2016 Pekin Xarici Tədqiqatlar Universitetinin fəxri professoru seçilmişdir
2019 Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli  "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.

Xarici dillər:

  rus, türk, ingilis

Ailəlidir,

 

dörd övladı var - 2 oğlu, 2 qızı

Arxiv üzrə axtarış