COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydaları

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 2021-ci il 16 iyun tarixli 173 nömrəli, 22 iyun tarixli 177 nömrəli, 02 avqust tarixli 231 nömrəli, 03 sentyabr tarixli 251 nömrəli və 15 oktyabr tarixli 313 nömrəli Qərarları ilə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə ”

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında edilmiş müvafiq əlavə və dəyişikliklərə əsasən

vətəndaşlarına və burada daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə hava nəqliyyatı vasitəsilə

Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilən ölkələrin

SİYAHISI:

  1. Rusiya Federasiyası;
  2. Türkiyə Respublikası;
  3. Amerika Birləşmiş Ştatları;
  4. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı;
  5. Macarıstan;
  6. İsrail Dövləti;
  7. Birləşmiş Ərəb Əmirlikləri;
  8. Bəhreyn Krallığı;
  9. Qətər Dövləti;
  10. Almaniya Federativ Respublikası;
  11. Avstriya Respublikası;
  12. Belçika Krallığı;
  13. Çex Respublikası;
  14. Danimarka Krallığı;
  15. İrlandiya Respublikası;
  16. İspaniya Krallığı;
  17. İsveç Krallığı;
  18. İsveçrə Konfederasiyası;
  19. Kanada;
  20. Lüksemburq Böyük Hersoqluğu;
  21. Malta Respublikası;
  22. Niderland Krallığı;
  23. Polşa Respublikası;
  24. Portuqaliya Respublikası;
  25. Serbiya Respublikası;
  26. Sinqapur Respublikası;
  27. Slovakiya Respublikası;
  28. Sloveniya Respublikası;
  29. Yunanıstan Respublikası;
  30. Çin Xalq Respublikası;
  31. Estoniya Respublikası;
  32. Finlandiya Respublikası;
  33. Fransa Respublikası;
  34. Xorvatiya Respublikası;
  35. İslandiya Respublikası;
  36. İtaliya Respublikası;
  37. Latviya Respublikası;
  38. Litva Respublikası;
  39. Malayziya
  40. Səudiyyə Ərəbistan Krallığı;
  41. Yaponiya;
  42. Çin Xalq Respublikasınin xüsusi inzibati ərazisi olan Honq-Konq;
  43. Argentina Respublikası;
  44. Avstraliya İttifaqı;
  45. Braziliya Federativ Respublikası;
  46. Bruney Darüssalam;
  47. Cənubi Koreya Respublikası;
  48. Çili Respublikası;
  49. Ekvador Respublikası;
  50. Kamboca Krallığı;
  51. Kosta Rika Respublikası;
  52. Kuba Respublikası;
  53. Küveyt Dövləti;
  54. Qazaxıstan Respublikası;
  55. Maldiv Respublikası;
  56. Meksika Birləşmiş Ştatları;
  57. Mərakeş Krallığı;
  58. Monqolustan;
  59. Monteneqro;
  60. Norveç Krallığı;
  61. Oman Sultanlığı;
  62. Panama Respublikası;
  63. Salvador;
  64. Uruqvay Şərq Respublikası;
  65. Yeni Zelandiya;
  66. Kipr Respublikası;
  67. Ukrayna;
  68. İordaniya.


-  yaşı 18-dən yuxarı olan şəxslərə münasibətdə - yalnız COVID-19 pasportu - COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

- 1-18 yaş arasında olan şəxslərə münasibətdə -  yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

- Azərbaycan Respublikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmur;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 223 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da və 2021-ci il 28 iyul tarixli 230 nömrəli Qərarı ilə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında edilmiş dəyişikliklərə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin aşağıdakı şərtlərlə Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcıların reyslərinə qəbul edilməsi həyata keçirilir və hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:

  1. yaxın qohumu Azərbaycan Respublikasının vətəndaşı (valideynlərindən biri, bacısı, qardaşı, əri, arvadı və ya övladı, babası, nənəsi və nəvəsi) olan sərnişinlərin ailə üzvləri (əri, arvadı, valideyinləri, uşaqları) – qohumluq dərəcəsini təsdiq edən sənəd və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında.
  2. Diplomatik pasport sahibləri;
  3. Azərbaycan Respublikasında xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;
  4. Azərbaycan Respublikasında iş icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
  5. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və onların ailə üzvləri (arvadı, əri, himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları);
  6. Ölkəyə girişinə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi icazə verilmiş sərnişinlər;
  • müvafiq təsdiqedici sənədlər və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

- 1 yaşınadək uşaqlar üçün  COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.

 

Arxiv üzrə axtarış