2020-07-13
QIRĞIZ RESPUBLİKASINDA YAŞAYAN AZƏRBAYCAN VƏTƏNDAŞLARININ NƏZƏRİNƏ!
Qırğız Respublikasında COVİD-19 pandemiyası ilə əlaqədar yaranmış vəziyyəti nəzərə alaraq vətəndaşların müraciətləri cari ilin avqust ayının 1-dək yalnız elektron poçt və telefon rabitəsi vasitəsi ilə həyata keçiriləcəkdir. Avqust ayının 1-dən sonra vətəndaşların qəbulu ilə bağlı əlavə məlumat veriləcəkdir.
Səfirliyin konsulluq bölməsi ilə əlaqə nömrəsi: (+996 312) 22 17 81.
Azərbaycan Respublikasının
Qırğız Respublikasında Səfirliyi