2021-02-18

QIRĞIZ RESPUBLİKASINDA YAŞAYAN SOYDAŞLARIMIZIN, DİASPOR TƏŞKİLATLARININ VƏ İŞ ADAMLARININ NƏZƏRİNƏ:

Cari ilin fevral ayının 25-26-da Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyinin inzibati binasının (Ünvan: Bişkek şəhəri, Tolomuş Okeev küçəsi 24) önündə Xocalı soyqırımının qurbanlarının xatirəsini yad etmək üçün guşə yaradılacaqdır.

Guşədə erməni terroru nəticəsində həlak olmuş və yaralanmış dinc insanların fotoları sərgilənəcəkdir.

Guşə hər kəsin ziyarətinə açıqdır.

 

Azərbaycan Respublikasının

Qırğız Respublikasında Səfirliyi

Arxiv üzrə axtarış