2021-09-14

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Qərarda dəyişiklik edildi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 03 sentyabr tarixli 251 nömrəli Qərarı ilə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Qərarda dəyişiklik edildi.

Qərara əsasən 6 sentyabr 2021-ci il tarixindən etibarən Çin Xalq Respublikası, Estoniya Respublikası, Finlandiya Respublikası, Fransa Respublikası, Xorvatiya Respublikası, İslandiya Respublikası, İtaliya Respublikası, Latviya Respublikası, Litva Respublikası, Malayziya, Səudiyyə Ərəbistanı Krallığı, Yaponiya, Honq-Konq (ÇXR) vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərin hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:

Bu ölkənin vətəndaşlarının aşağıdakı tələblər nəzərə alınmaqla Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:

yaşı 18-dən yuxarı olan şəxslərə münasibətdə – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

1–18 yaş arasında olan şəxslərə münasibətdə – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

1 yaşdan aşağı olan uşaqlar üçün PCR testi tələb olunmur.

Sertifikatda onun həqiqiliyini təsdiq edən elektron təsdiqləmə atributları (məsələn, QR-kod) olmalıdır.

Həmin şəxslər Azərbaycan Respublikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmur.

Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilirmiş ölkələrin siyahısı:

Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Macarıstan Respublikası, İsrail Dövləti, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı, Qətər Krallığı, Rusiya Federasiyası, Türkiyə Respublikası, Almaniya Federativ Respublikası, Avstriya Respublikası, Belçika Krallığı, Çexiya Respublikası, Danimarka Krallığı, İrlandiya Respublikası, İspaniya Krallığı, İsveç Krallığı, İsveçrə Konfederasiyası, Kanada, Lüksemburq Böyük Hersoqluğu, Malta Respublikası, Niderland Krallığı, Polşa Respublikası, Portuqaliya Respublikası, Serbiya Respublikası, Sinqapur Respublikası, Slovakiya Respublikası, Sloveniya Respublikası, Yunanıstan Respublikası, Çin Xalq Respublikası, Estoniya Respublikası, Finlandiya Respublikası, Fransa Respublikası, Xorvatiya Respublikası, İslandiya Respublikası, İtaliya Respublikası, Latviya Respublikası, Litva Respublikası, Malayziya, Səudiyyə Ərəbistanı Krallığı, Yaponiya, Honq-Konq (ÇXR).

Arxiv üzrə axtarış