2022-04-19

"Xüsusi karantin rejminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" AR Nazirlər Kabinetinin 2022-ci il 14 aprel tarixli 152 nömrəli Qərarı.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus
(COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında
uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə
müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə” 2020-ci il 11 iyun
tarixli 199 nömrəli və “Xüsusi karantin rejiminin müddətinin
uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı
tədbirlər barədə” 2021-ci .il 26 may tarixli 151 nömrəli qərarlarında
dəyişiklik edilməsi haqqında


“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası
Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi,
yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və
digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. Müəyyən edilsin ki, 2022-ci il aprelin 15-dən etibarən Azərbaycan Respublikasına giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir.
  2.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 789; 2021, № 5, maddə 504, № 6 (IV kitab), maddə 662, 673, № 7, maddə 884, № 10, maddə 1197; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 23 dekabr tarixli 408 nömrəli və 2022-ci il 22 yanvar tarixli 27 nömrəli qərarları) ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da aşağıdakı dəyişikliklər edilsin:
  3. 2.1. 2.1.1-ci yarımbəndin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin:
           “Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.”; 
  4. 2.2. 2.1.3.1-ci yarımbənd üzrə:                                                                                               2.2.1. 1-ci və 2-ci abzaslardan “və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd” sözləri çıxarılsın;
  5. 2.2.2. 3-cü abzas ləğv edilsin;
  6. 2.3. 2.1.3.2-ci yarımbənddən “və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd” sözləri çıxarılsın;
  7. 2.4. 2.1.3.3-cü yarımbənd ləğv edilsin.
  8. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 530, № 6 (IV kitab), maddələr 668, 679, 683, № 7, maddələr 872, 890, 891, № 8, maddələr 957, 971, № 9, maddələr 1051, 1079, № 10, maddə 1182; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 11 dekabr tarixli 389 nömrəli, 23 dekabr tarixli 409 nömrəli, 30 dekabr tarixli 419 nömrəli və 2022-ci il 13 yanvar tarixli 9 nömrəli, 26 yanvar tarixli 29 nömrəli, 15 fevral tarixli 40 nömrəli və 5 mart tarixli 71 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:
  9. 3.1. 2.5-1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
  10. “2.5-1.1. Rusiya Federasiyasının və Türkiyə Respublikasının vətən-daşlarına və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə - COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) əsasında (yaşı 18-dək olan şəxslər istisna olmaqla);”;
  11. 3.2. 2.5-1.2-ci yarımbənd ləğv edilsin; 
  12. 3.3. 2.5-2-1.1-ci və 2.5-2-1.2-ci yarımbəndlərdən “və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd” sözləri çıxarılsın;
  13. 3.4. 2.5-4.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
  14. 2.5-4.1. avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur;”. 
    Əli Əsədov                                                                                                                                Azərbaycan Respublikasının Baş naziri
    Bakı şəhəri, 14 aprel 2022-ci il
    № 152

Arxiv üzrə axtarış