2022-09-02

2022-ci ildə Qətər Dövlətində təşkil ediləcək Futbol üzrə Dünya Çempionatının keçirildiyi tarixlərdə çempionatla bağlı Qətər Dövlətinə səfəri çərçivəsində Azərbaycan Respublikasına gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında məlumat.

 

  • 2022-ci ildə Qətər Dövlətində təşkil ediləcək Futbol üzrə Dünya Çempionatının (2022 FİFA Dünya Kuboku) keçirildiyi tarixlərdə çempionatla bağlı Qətər Dövlətinə səfəri çərçivəsində Azərbaycan Respublikasına gəlmək istəyən və bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2022-ci il noyabrın 20-dən dekabrın 20-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

 

     Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:

 

  1. 2022 FİFA Dünya Kubokunun beynəlxalq təşkilatçıları olan “Q22” Şirkətinin və Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd;
  2. futbol komandaları 2022 FİFA Dünya Kubokunda iştirak edən ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün oyuna bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

 

Information on the simplification of visa procedures for foreigners and stateless persons who want to come to the Republic of Azerbaijan within the framework of a visit to the State of Qatar in connection with the championship on the dates of the World Football Championship, which will be held in the State of Qatar in 2022.

 

  • Foreigners and stateless persons arriving to the Republic of Azerbaijan within the framework of a visit to the State of Qatar in connection with the World Football Championship (2022 FIFA World Cup) to be organized in the State of Qatar in 2022, will be able to obtain visas on arrival at the international airports of the Republic of Azerbaijan from November 20 till December 20, 2022.

One of the below mentioned documents is required for visa issuance:

  1. An accreditation card or other document confirming accreditation in accordance with the relevant rules of “Q22” company and International Football Association Federation, the international organizers of 2022 FIFA World Cup;
  2. A ticket or a document that confirms obtaining a ticket for 2022 FIFA World Cup, in relation to citizens of countries whose football teams participating in the 2022 FIFA World Cup and stateless persons permanently residing in those countries.

Arxiv üzrə axtarış