2020-03-17
QIRĞIZ RESPUBLİKASINDA YAŞAYAN AZƏRBAYCAN RESPUBLİKASININ VƏTƏNDAŞLARI VƏ SOYDAŞLARIMIZIN NƏZƏRİNƏ:

Hörmətli, həmvətənlərimiz və vətəndaşlarımız!
Məlum olduğu kimi, yeni tip koronavirusun (COVlD-19) bir çox ölkələrdə yayılması müşahidə edilməkdədir. Koronavirusdan effektiv şəkildə qorunmaq üçün aşağıdaki tövsiyələrə ciddi şəkildə əməl olunmasını xahiş edirik:
Qırğızstan Respublikası dövlət orqanlarının yaydığı məlumat və tövsiyələr diqqətlə izlənilməsi, şəxsi gigiyena, sanitar və digər qaydalara ciddi riayət edilməsi;
Xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadənin məhdudlaşdırılması və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinilməsi;
Koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomların yarandığı halda təcili tibbi müayinədən keçilməsi;
Bu məqsədlə Səfirlik tərəfindən müəyyən olunmuş "qaynar xətt"lə

(+996990065599) əlaqə saxlanılması.


Eyni zamanda diqqətinizə çatdırırıq ki, konsulluq sahəsində çalışan əməkdaşla, habelə qəbula gələn vətəndaşlar arasında yoluxma riskinin azaldılması məqsədilə təcilli olmayan konsulluq əməliyyatları təxirə salınır və vətəndaşların müraciətləri elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilir.

növbəti xəbər əvvəlki xəbər