2020-08-14
Qırğız Respublikasında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!

İstanbul Yeni Hava Limanından İstanbul-Bakı reysi ilə uçacaq vətəndaşlarımıza aşağıdakıları bildirmək istərdik:

-Ümumvətəndaş pasportunun etibarlıq müddəti bitməsinə 3 aydan az müddət qalmış və ya Qayıdış şəhadətnaməsi ilə səfər edəcək vətəndaşlarımız İstanbul Yeni Hava limanındakı COVİD-19 test mərkəzinə keçə bilməyəcəklər. Səfər etmədən öncə Qırğız Respublikasında müvafiq tibb müəssisələrində (48 saat əvvəl) COVİD-19 test (PSR) vermək lazımdır.

- Ümumvətəndaş pasportunun etibarlıq müddəti bitməsinə 3 aydan çox müddət qalmış vətəndaşlarımız Qırğız Respublikasının müvafiq tibb müəssisələrində və ya  İstanbul Yeni Hava limanındakı COVİD-19 test mərkəzində test verə bilərlər.     

əvvəlki xəbər