“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Atalığın müəyyən edilməsinin qeydə alınması

Ümumi məlumat

Xarici ölkələrdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının atalığın müəyyən edilməsinin qeydə alınması valideynlərdən birinin yaşadığı yerdə və ya atalıq məhkəmə tərəfindən müəyyən edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə yerləşən Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğu (bundan sonra – konsulluq) tərəfindən həyata keçirilir.

Atalığın müəyyən edilməsinin qeydə alınması qaydaları.

Atalığın müəyyən edilməsi konsulluqlar tərəfindən:


1.valideynlərin birgə ərizəsi və uşağın doğum haqqında  şəhadətnaməsi;
2. və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır.

Konsulluq yalnız aşağıdakı hallarda yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarının razılığı ilə uşağın atasının ərizəsi əsasında atalığın müəyyən edilməsini qeydə ala bilər:
1. ana öldükdə;
2. ana fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
3. ananın yaşadığı yeri müəyyən etmək mümkün olmadıqda
4. ana valideynlik hüquqlarından məhrum edildikdə.

Bu hallarda ata ərizə ilə konsulluğa müraciət etdikdə aşağıdakı sənədləri ərizəyə əlavə etməlidir:
1. yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının  müvafiq razılığını təsdiq edən sənəd;
2. ananın ölümü haqqında şəhadətnamənin surəti;
3. ananın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında   məhkəmə qətnaməsindən çıxarış;
4. ananın valideynlik hüquqlarından məhrum olunması barədə  məhkəmə qətnaməsindən çıxarış; 
5. ananın xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə  qətnaməsindən çıxarış və ya onun yaşadığı yeri müəyyən etməyin  mümkün olmasını təsdiq edən daxili işlər orqanlarından müvafiq  sənəd.

Valideynlərdən biri üzrlü səbəbdən atalığın müəyyən olunmasını qeyd etdirmək üçün konsulluğa gələ bilmədikdə, onun birgə ərizədəki imzasının həqiqiliyi yaşadığı yerin konsulluğu tərəfindən təsdiq edilməlidir.

Aralarında nikah olmayan şəxslərin uşağı olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına çatdıqda, məhkəmə qətnaməsinin əsasında aşağıda göstərilən şəxslərin ərizəsi ilə konsulluqlar atalığın müəyyən edilməsini qeydə alır:


1.uşağın valideynlərindən birinin;
2. uşağın qəyyumunun (himayəçisinin);
3. uşağı saxlayanın;
4. uşaq yetkinlik yaşına çatdıqda onun özünün.

Konsulluqlar uşağın anası ilə atası nikahda olmadıqda, uşağın atalığını atası ilə anasının birgə ərizəsi əsasında müəyyən edir. Uşağın yetkinlik yaşına çatmayan valideynləri nikaha daxil olmamışlarsa, onun atalığı həmin valideynlər 16 yaşına çatdıqdan sonra valideynlərinin ərizəsi əsasında müəyyən edilir.

Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni konsulluğa ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər. Əgər doğum qeydə alınanadək verilmiş ərizə ata və ya ana tərəfindən geri götürülməyibsə, yeni ərizə tələb olunmur və atalığın müəyyən edilməsinin qeydiyyatı doğumun qeydiyyatı ilə eyni vaxtda aparılır (bu halda doğum haqqında şəhadətnamənin ərizəyə əlavə edilməsinə ehtiyac yoxdur).

Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun özünün və ya həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının razılığı ilə yol verilir. Yetkinlik yaşına çatmış şəxs bu barədə razılığını iki yolla ifadə edə bilər:


1.razılıq ərizəsi valideynlərin ərizəsinə əlavə edilməklə;
2. valideynlərin birgə ərizəsini (atanın ərizəsində) şəxsən imzalamaqla.
Atalığın müəyyən edilməsinin qeydə alınması vaxtı aşağıdakıları nəzərə almaq vacibdir:
1) yetkinlik yaşına çatmış şəxs ərizəsində atanın soyadını qəbul etmək, yaxud bundan əvvəl daşıdığı soyadında (ananın soyadında) qalmaq arzusunda olduğunu bildirməlidir.
2) konsulluq tərəfindən atalığı müəyyən edilməsini qeyd edilən uşağa eyni zamanda  valideynlərin razılığı əsasında atanın və ya ananın soyadı verilir. 
3) uşağın doğumu qeydiyyat şöbəsi və konsulluqlarda qeydə alınmamışdırsa, atalığın müəyyən edilməsinə doğum qeydə alındıqdan sonra yol verilir.
4) uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər.

Atalığın müəyyən edilməsi haqqında akt qeydində ana haqqında məlumatlar doğum haqqında akt qeydinə və ya doğum haqqında şəhadətnaməyə əsasən yazılır.

Konsulluq atalığın müəyyən edilməsinin qeydə alandan sonra uşağın doğumu haqqında qeydlərdə dəyişikliklər edir və doğum haqqında yeni şəhadətnamə verir. (doğum haqqında əvvəllər verilmiş şəhadətnamə ləğv edilir)

Konsulluqlar ərizə ilə atalığın müəyyən edilməsi məqsədilə müraciət etmiş şəxslərə atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilir.

Atalığın müəyyən edilməsinin qeydə alınması və əlaqədar əməliyyatlar üçün 
Dövlət rüsumu.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən, atalığın müəyyən edilməsinin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu tələb olunmur.

Bundan əlavə, qanunun 16.3-cü maddəsinə əsasən, əlaqədar əməliyyatlar üçün aşağıdakı dərəcədə dövlət rüsumu müəyyən olunmuşdur:

1) doğum haqqında akt qeydində dəyişikliklərin, 
    düzəlişlərin, əlavələrin edilməsi və 
    akt qeydlərinin bərpa olunması ilə əlaqədar 
    şəhadətnamələrin verilməsinə görə -             10 ABŞ dolları

Paylaş
Все права защищены. Свяжитесь с нами, чтобы использовать любой лицензионный материал.
Политика конфиденциальности