“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Azərbaycan Respublikasının yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında

ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN AZƏRBAYCAN RESPUBLİKASINDA OLDUĞU YER ÜZRƏ QEYDİYYATA ALINMASI

Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bunun üçün əcnəbilənin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin müdiriyyəti və ya yaşayış sahəsinin sahibi əcnəbinin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini (viza səhifəsi və ölkəyə son girişi göstərilmiş səhifələr daxil olmaqla)Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin internet informasiya ehtiyatı (www.migration.gov.az), elektron poçt (qeydiyyat@migration.gov.az) vasitəsi ilə və ya şəxsən Dövlət Miqrasiya Xidmətinə təqdim etməlidir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınma üçün yuxarıda göstərilmiş qaydada, müraciət edə bilərlər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.

 

ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN AZƏRBAYCAN RESPUBLİKASINDA MÜVƏQQƏTİ OLMA MÜDDƏTİNİN UZADILMASI

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin bitməsinə azı 3 iş günü qalmış (tranzit keçidi zamanı məcburi dayanma halları istisna olmaqla) müvəqqəti olma müddətinin uzadılması üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edərək tələb olunan sənədləri təqdim etməlidirlər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılır:

  • Azərbaycan Respublikasının ərazisində təcili müalicə olunmasına zərurət yarandıqda;
  • Azərbaycan Respublikasında yaşayan yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə;
  • xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən nəzərdə tutulmuş işlərin başa çatdırılmadığına dair həmin şəxsləri ölkəyə dəvət etmiş təşkilat tərəfindən əsaslandırılmış vəsatət verildikdə;
  • tranzit keçid zamanı əcnəbi Azərbaycan Respublikasının ərazisində məcburi dayandıqda.

Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılmasına dair əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciəti ilə əlaqədar 3 iş günü ərzində müvafiq qərar qəbul edilir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti     olma müddəti  60 günədək  uzadıla bilər.

Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  pasportlarının  və  ya  digər sərhədkeçmə  sənədlərinin  etibarlılıq  müddətlərinin  bitməsinə  1  aydan  az  vaxt qaldıqda, onların ölkədə müvəqqəti olma müddəti uzadılmır.

Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər pasportlarını və ya digər sərhədkeçmə sənədlərini və müvəqqəti  olma  müddətinin  uzadılması  haqqında  qərarı  təqdim  edərək,  dövlət sərhədinin  buraxılış  məntəqələrindən  keçməklə,  ölkəni  tərk  edə  bilərlər.

Paylaş
Все права защищены. Свяжитесь с нами, чтобы использовать любой лицензионный материал.
Политика конфиденциальности