Консульство и виза
Консульство и виза
Предупреждение о путешествии
Qırğız Respublikasına səfər edən Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə:
1992-ci ilin oktyabr ayının 9-da Bişkek şəhərində imzalanmış MDB ölkələri vətəndaşları üzv dövlətlərin ərazilərinə vizasız gediş-gəliş haqqında sazişə əsasən Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında vizasız rejim tətbiq olunmuşdur.
Bütün növ milli pasportlara sahib olan hər iki ölkə vətəndaşları 90 gün müddətinə vizasız səyahət edə bilərlər.
Qırğız Respublikasına səfər edən Azərbaycan Respublikası vətəndaşları ölkədə 10 gündən çox qaldıqları təqdirdə yaşadıqları yer (mehmanxana) üzrə müvafiq polis idarəsində mütləq qaydalara uyğun qeydiyyata düşməlidir.