Səfirin müraciəti

Əziz dostlar!

 

Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyinin internet saytını ziyarət edənləri səmimi qəlbdən salamlayıram. Bu gün ölkəmiz Qırğız Respublikası ilə istər ikitərəfli, istərsə də çoxtərəfli istiqamətdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın ardıcıl olaraq inkişaf etdirilməsində maraqlıdır. Eyni zamanda Səfirliyin fəaliyyətinin prioritet istiqamətlərindən biri də Qırğızıstanda daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına müvafiq hüquqi yardımın göstərilməsidir. 2023-cü ildə Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunacaqdır. Biz qarşılıqlı etimad xarakteri daşıyan və strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlərimizi nəzərə alaraq önümüzdəki illərdə qarşılıqlı maraq doğuran sahələr üzrə irimiqyaslı layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın səmərəliyinin yüksəlməsi üçün iş aparmaqdayıq.

 

İnternet səhifəmizdə siz (və ya hər biriniz) Səfirliyin fəaliyyəti ilə tanış olacaq, həm Azərbaycan Respublikası, həm də Azərbaycan-Qırğızıstan münasibətləri, eləcə də konsulluq məsələlərinə dair ən son məlumatları əldə edə biləcəksiniz.

 

Xoş gəlmişsiniz!                                                                                                                                                                                                                                                                        

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti