Dövlət rüsumları

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda

dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12 (I kitab), maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddə 1485; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12 (I kitab), maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 6, maddələr 1186, 1194, № 7 (I kitab), maddələr 1415, 1444, № 8, maddə 1675, № 12 (I kitab), maddə 2489; 2019, № 1, maddə 45, № 4, maddələr 571, 596, № 5, maddə 797, № 7, maddələr 1176, 1181, 1190, 1192, № 8, maddələr 1360, 1363, 1371, № 11, maddələr 1681, 1694) aşağıdakı dəyişikliklər edilsin:

  1. 12.2.3-cü maddədən “yaxud ən azı üç il müddətində azadlıqdan məhrum edilmiş şəxsdirsə” sözləri çıxarılsın.

  2. 16-cı maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 16. Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri

 

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

16.1. Pasportların və vizaların verilməsinə görə:

 

16.1.1. ümumvətəndaş pasportlarının alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə

25 ABŞ dolları

16.1.2. ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə

10 ABŞ dolları

16.1.3. səfirliklərə və konsulluqlara vizaların verilməsinə dair göstərişlərin göndərilməsinə görə

4 manat

16.1.4. tranzit vizalarının və birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsinə görə

20 ABŞ dolları

16.1.5. çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsinə görə

350 ABŞ dolları

16.2. Vətəndaşlıq məsələləri ilə əlaqədar sənədlərin rəsmiləşdirilməsinə görə:

 

16.2.1. vətəndaşlığın bərpa edilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə

60 ABŞ dolları

16.2.2. vətəndaşlığa xitam verilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə

60 ABŞ dolları

16.3. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına görə:

 

16.3.1. nikahın qeydə alınmasına görə

10 ABŞ dolları

16.3.2. yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında nikahın pozulmasının qeydə alınmasına görə

40 ABŞ dolları

16.3.3. Qanunla müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş, yaxud fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslə nikahın pozulmasının qeydə alınmasına görə

5 ABŞ dolları

16.3.4. soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınmasına görə

20 ABŞ dolları

16.3.5. vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması barədə təkrar şəhadətnamələrin verilməsinə görə

10 ABŞ dolları

16.3.6. vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində dəyişikliklərin, düzəlişlərin və əlavələrin edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsinə görə

10 ABŞ dolları

16.3.7. xarici ölkələrin qeydiyyat orqanlarında nikahın qeydə alınması məqsədilə ailə vəziyyətinə dair arayışın verilməsinə görə

10 ABŞ dolları

16.4. Sənədlərin sorğu əsasında alınmasına görə:

 

16.4.1. sənədlərin sorğu əsasında alınmasına görə (hər sənəd üçün):

 

16.4.1.1. Azərbaycan Respublikasında

4 manat

16.4.1.2. ölkə xaricində

10 ABŞ dolları

16.5. Sənədlərin leqallaşdırılmasına görə:

 

16.5.1. Azərbaycan Respublikasında

4 manat

16.5.2. xarici ölkədə

10 ABŞ dolları

16.6. Notariat hərəkətlərinin aparılmasına görə:

 

16.6.1. Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlak istisna olmaqla, əmlakdan, o cümlədən nəqliyyat vasitələrindən istifadə etmək və ona sərəncam vermək, kredit əməliyyatlarını yerinə yetirmək hüququ verən etibarnamələrin təsdiqinə görə

20 ABŞ dolları

16.6.2. poçt vasitəsilə daxil olmuş pul vəsaitlərinin, bağlamaların, korrespondensiyaların bank idarələrindən alınması və ona sərəncam verilməsi barədə etibarnamələrin təsdiqinə görə

20 ABŞ dolları

16.6.3. müqavilələrin təsdiqinə görə:

 

16.6.3.1. nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə dair müqavilələrin təsdiqinə görə

50 ABŞ dolları

16.6.3.2. qiymətləndirilən digər müqavilələrin təsdiqinə görə

150 ABŞ dolları

16.6.3.3. əmlak bölgüsü, zaminlik və digər qiymətləndirilməyən müqavilələrin təsdiqinə görə

30 ABŞ dolları

16.6.4. sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiqinə görə

10 ABŞ dolları

16.6.5. sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqinə görə (hər səhifə üçün):

 

xarici dillərdən

10 ABŞ dolları

xarici dillərə

20 ABŞ dolları

16.6.6. sənədlərdəki imzanın, o cümlədən tərcüməçinin imzasının həqiqiliyinin təsdiqinə görə (hər sənəd üçün)

20 ABŞ dolları

16.6.7. miras əmlakın mühafizəsi üçün tədbirlərin görülməsinə görə

40 ABŞ dolları

16.6.8. vəsiyyətnamələrin təsdiqinə görə

50 ABŞ dolları

16.6.9. vəsiyyətnamənin depozitə qəbul edilməsinə görə

30 ABŞ dolları

16.6.10. vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə görə

100 ABŞ dolları

16.6.11. sənədlərin (vəsiyyətnamə istisna olmaqla) saxlanmaq üçün qəbul edilməsinə görə

20 ABŞ dolları

16.6.12. öhdəliyin icra predmetinin saxlanmaq üçün qəbul edilməsinə görə (hər ay üçün)

20 ABŞ dolları

16.6.13. pul məbləğlərinin və qiymətli kağızların depozitə qəbul edilməsinə görə (hər ay üçün)

20 ABŞ dolları

16.6.14. icra qeydlərinin aparılmasına görə

10 ABŞ dolları

16.6.15. ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsinə görə

10 ABŞ dolları

16.6.16. şəxsin sağ olması və şəxsin müəyyən yerdə olması faktlarının, şəxsin fotoşəkildəki şəxslə eyniliyinin və sənədlərin təqdim olunduğu vaxtın təsdiq edilməsinə görə

10 ABŞ dolları

16.6.17. dəniz protestlərinin tərtib edilməsinə görə

10 ABŞ dolları

16.6.18. sübutların təmin edilməsinə görə

10 ABŞ dolları

16.7. Digər konsul əməliyyatlarına görə

10 ABŞ dolları

 

  1. 17.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

“17.7. Diplomatik və ya xidməti pasporta malik olan, xarici ölkələrdə təhsil alan (müvafiq təsdiqedici sənəd təqdim edildikdə), dövlət xətti ilə pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan, xarici ölkələrdən deportasiya, readmissiya, ekstradisiya edilən, insan alveri qurbanı olan, yaxud 18 yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur. Bu maddənin birinci cümləsində göstərilən hallardan başqa digər hallarda xarici ölkədə ümumvətəndaş pasportunu itirmiş və ya həmin pasportu oğurlanmış Azərbaycan Respublikasının vətəndaşı bu barədə xarici ölkənin müvafiq polis orqanı tərəfindən verilmiş təsdiqedici sənəd təqdim etdikdə ona qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 may 2020-ci il

№ 86-VIQD



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti