Adın, Ata adının və Soyadın dəyişdirilməsi

  1. adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə;
  2. ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi;
  3. ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;
  4. ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;
  5. ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğum haqqında şəhadətnamələri;
  6. ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
  7. ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;
  8. ərizə verən şəxsin 3x4 sm ölçüdə 2 ədəd fotoşəkli;
  9. 20 dollar (iyirmi) dövlət rüsumunun ödənilməsi haqqında qəbz. Rüsum Səfirliyin bank hesabına köçürülməli və ödəniş haqqında qəbz Səfirliyə digər sənədlərə əlavə olaraq təqdim olunmalıdır;

 

Arxiv üzrə axtarış