news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 yanvar 2025

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar keçirilmiş tədbir

17 yanvar 2025-ci il tarixində Bişkek şəhərindəki Nizami Gəncəvi adına məktəbdə, Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfirliyinin dəstəyi və  “Birlik” cəmiyyətinin təşəbbüsü ilə 1990-cı il 20 yanvar hadisələrinə həsr edilmiş “Qara Yanvar” tədbiri keçirilmişdir.  

 

Tədbirin əvvəlində şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirin moderatoru - “Birlik” cəmiyyətinin rəhbəri Xansıvar Baxşəliyev 20 yanvar 1990-cı ildə baş verən faciənin səbəb və nəticələri barədə məlumat vermiş, daha sonra isə “Qara Yanvar” hadisələrindən bəhs edən videoçarx tədbir iştirakşılarına nümayiş etdirilmişdir.  

 

Tədbirdə Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyinin əməkdaşları, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun həmsədrləri Almaz Mambetov və İqbal Babayev,  Qırğızıstanın Azərbaycandakı sabiq səfiri Kairat Osmonaliev, Dünya Siyasəti İnstitutunun direktoru Şeradil Baktıqulov, Qırğızıstan Xalq Assambleyasının nümayəndələri, azərbaycan, uyğur, türk diasporlarının nümayəndələri, Nizami Gəncəvi adına məktəbin müəllim - şagirdləri və digərləri iştirak etmişdir.  

 

Çıxış edən iştirakçılar 1990-cı il yanvarın 20-də Bakı şəhərində baş vermiş faciəli hadisələrin tarixi, səbəbləri və nəticələri barədə ətraflı danışmışlar. Bununa yanaşı yanvarın 19-da Bişkek şəhərindəki Azərbaycan dili bazar günü məktəbində 1990-cı il yanvarın 20-də Bakı şəhərində baş vermiş faciəli “Qara Yanvar” hadisələrinə həsr olunmuş dərs keçirilmiş, müəllimə Məlahət Məmmədova tərəfindən uşaqlara 20 yanvar hadisələrinə dair məlumatlar verilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti