news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 dekabr 2024

26-27 dekabr matəm günü

Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin 25 dekabr tarixində qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 26-27 dekabr tarixlərinin matəm günü elan olunmması ilə əlaqədar olaraq Səfirliyin qarşısındakı Azərbaycan Respublikasının Dövlət bayrağı endirilmiş və Səfirlikdə başsağlığı kitabı açılmışdır. Bu günlər ərzində Səfirliyə çox saylı insan axını olmuşdur. Başsağlığı verməyə gələnlər arasında Qırğız Respublikasının Baş Naziri, Konstitusiya Məhkəməsinin Sədri, Nazirlər, Prezident administrasiyanın nümayəndəsi, hüquq-mühafizə orqanlarının nümayəndələri, diplomatik korpusun rəbər şəxsləri, Azərbqaycanın diaspora nümayəndələri və digərlərini qeyd etmək olar.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti