news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 mart 2024

26 fevral tarixində Xocalı Soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Cari ilin fevral ayının 26-da Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi tərəfindən Xocalı Soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə səfirliyin əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri, Qırğız ictimaiyyətinin nümayəndələri və yerli KİV təmsilçiləri iştirak etmişdir.

Səfir Lətif Qəndilov Xocalı Soyqırımının tarixi haqqında iştirakçılara geniş məlumat vermiş, hadisənin səbəbi və nəticələri barədə danışmışdır.

O, qeyd etmişdir ki, Xocalı Soyqırımının əsas xüsusiyyəti ondan ibarətdir ki, bu ermənilər tərəfindən ciddi düşünülmüş, hazırlanmış, silahsız, çarəsiz azərbaycanlılara qarşı yönəlmiş soyqırım əməliyyatı olmuşdur. Çünki nə qocalara, nə qadınlara, nə də uşaqlara rəhm edilməmişdir. Qəddarlığın səbəbi isə Azərbaycan xalqının iradəsini qırmaq, qorxutmaq idi. Bu soyqırımda Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyan, Robert Köçəryan, keçmiş müdafiə naziri Seyran Ohanyan, erməni millətçiliyinin lideri Zori Balayan birbaşa iştirak etmişlər. Bu şəxslər xalqımıza qarşı cinayət törətmiş və bu səbəbdən onlar tökülən günahsız qanlara görə ədalət məhkəməsi qarşısında cavab verməlidirlər. Bizim əsas borcumuz soyqırım qurbanlarının xatirəsini unutmamaqdır. Əks təqdirdə biz yeni belə bir faciələrlə qarşılaşa bilərik.

 Tədbirdə Azərbaycan diaspora nümayəndələrinin çıxışlarında Ermənistanın törətdiyi vəhşiliyə etiraz edilmiş, Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinin vacibliyini söylənilmiş, Ermənistana qarşı Azərbaycan Prezidentinin misilsiz xidmətlərindən danışılmışdır.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti