"Azərbaycan mədəniyyət günləri" çərçivəsində Bişkek şəhərində Azərbaycan incəsənəti ustalarının qala-konserti keçirildi.
21 aprel tarixində, Azərbaycan Respublikası Mədəniyyət Günləri çərçivəsində Qırğız Respublikasının T. Satılqanov adına Qırğız Milli Filarmoniyasında Azərbaycan incəsənəti ustalarının qala-konserti keçirilib.
Mədəni tədbirdə Qırğızıstan Respublikasının mədəniyyət, informasiya və gənclər siyasəti naziri Mirbek Mambetaliyev, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, mədəniyyət xadimləri və geniş ictimaiyyət iştirak ediblər.
Qala-konsert zamanı Azərbaycan xalqının milli mahnıları səsləndirilib və rəqsləri nümayiş edilib. Bununla yanaşı, Azərbaycan milli musiqi alətlərinin müşayiəti ilə Qırğız xalqının klassik əsərləri də ifa olunub.