news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 aprel 2025

"Azərbaycan Mədəniyyət Günləri"nə həsr olunmuş tədbirlər uğurla başa çatdı

24 aprel tarixində, K. Moldobasanov adına Qırğız Milli Konservatoriyasında "Azərbaycan Mədəniyyət Günləri"nin rəsmi bağlanış mərasimi keçirilib. Mədəniyyət tədbirləri caz musiqisinə həsr olunmuş konsert proqramı ilə başa çatıb.

 

Təntənəli mərasimdə Qırğız Respublikasının mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Timurlan Acımalıyev, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfirliyinin əməkdaşları, ictimai nümayəndələr iştirak ediblər.

 

Musiqi axşamında "Etno-caz" triosu çıxış edib. Trio üzvləri Elbey Məmmədzadə (piano), Saleh Məmmədov (bas-gitara) və Eyvaz Həşimov (zərb alətləri) Azərbaycan bəstəkarları Arif Melikov, Tofiq Quliyev, Vaqif Mustafazadə və dünya klassikasından caz interpretasiyasında əsərlər ifa ediblər.

 

Dörd gün davam edən "Azərbaycan Mədəniyyət Günləri" çərçivəsində aparılan görüşlər və tədbirlər iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə yönəlmişdi. Həmçinin, tamaşaçılara Azərbaycan xalqının zəngin və orijinal mədəni irsini əks etdirən konsert proqramları təqdim olunub, milli mahnılar səslənib, sərgilər təşkil edilib.

 

Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Mədəniyyət Günlərinin keçirilməsi iki xalq arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə verəcəkdir.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti