"Azərbaycan Mədəniyyəti Günləri"nin keçirilməsi ərəfəsində Azərbaycanın tanınmış mədəniyyət xadimlərindən ibarət nümayəndə heyəti Bişkek şəhərinə səfər ediblər
20 aprel tarixində, Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi ərəfəsində Azərbaycan Respublikasının tanınmış mədəniyyət xadimlərindən ibarət rəsmi nümayəndə heyəti Bişkek şəhərinə səfər ediblər.
Nümayəndə heyəti, Manas Beynəlxalq Hava Limanında, Qırğızıstanın Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti nazirinin müavini Timurlan Ajamaliyev və nazirliyin əməkdaşları tərəfindən isti və dostca bir atmosferdə qarşılanıb.
21-25 aprel tarixləri arasında, Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Bişkek şəhərində konsert proqramları, tamaşalar, rəsm sərgiləri, həmçinin ədəbi və mədəni tədbirlər keçiriləcək. Bu tədbirlər, Qırğızıstan tamaşaçılarına Azərbaycan xalqının zəngin mədəniyyəti, ənənələri və incəsənəti ilə yaxından tanış olmaq imkanı verəcəkdir.