Azərbaycan Pantomima Teatrının Qırğızıstanda qastrol səfəri olub
Azərbaycan Pantomima Teatrının Qırğızıstanda qastrol səfəri olub
Qırğızıstanda Şarşen Termeçikov adına Çuy Vilayət Musiqili Dram və Satira Teatrının səhnəsində Azərbaycan Dövlət Pantomima Teatrının qastrol səfəri olub.
İlk gün “Mankurt” tamaşası təqdim olundu. Bu, Çingiz Aytmatovun “Və gün bir əsrdən artıq davam edir” romanı əsasında səhnələşdirilmiş tamaşadır.
Tamaşa mankurtlaşma mövzusunu - insanın yaddaşdan və iradədən məhrum olan ağılsız köləyə çevrilməsi prosesini araşdırır.
Daha sonra tamaşaçılara Azərbaycan Dövlət Pantomima Teatrının simvolik tamaşalarından olan “İblis” tamaşası təqdim olunub. Azərbaycan ədəbiyyatının klassiki Hüseyn Cavidin eyniadlı pyesi əsasında hazırlanan tamaşa xeyirlə şərin əbədi mübarizəsini, eləcə də insan ruhunun daxili ziddiyyətlərini araşdırır.