news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 noyabr 2025

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Qırğızıstana səfər edib

Qırğız Respublikası Mərkəzi Seçki və Referendumların Keçirilməsi üzrə Mərkəzi Komissiyasının sədri Tınçtık Şaynazarov 27 noyabr tarixində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ilə görüşüb.

Tınçtık Şaynazarov qeyd edib ki, Azərbaycan MSK nümayəndələrinin səfərini qırğız tərəfi qardaş xalqın dəstəyi kimi qiymətləndirilir.

O, növbədənkənar parlament seçkilərinə hazırlığın gedişi barədə ətraflı məlumat verərək bildirib ki, seçkilər yeni seçki sistemi üzrə keçiriləcək. Qırğızıstanda 30 çoxmandatlı dairə formalaşdırılıb və ilk dəfə olaraq distant (məsafədən) səsvermə sistemi tətbiq olunub. Yeni avadanlıq seçici məlumatlarının operativ şəkildə emal olunmasına imkan verir. Bir cihaz 12 saat ərzində 800-ə qədər seçiciyə xidmət göstərə bilir.

Vətəndaşların xaricdə səsvermə hüququnu təmin etmək üçün 100 seçki məntəqəsi açılıb. Bundan əlavə, 27 distant seçki məntəqəsi də yaradılıb. Bunlara hava limanlarında, böyük bazarlarda, ticarət mərkəzlərində, istintaq təcridxanasında, tibb müəssisələrində və insanların çox olduğu digər yerlərdədir. 

Azərbaycan MSK-nın sədri Məzahir Pənahov məlumat verib ki, Qırğızıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Azərbaycandan 25 müşahidəçi gələcək. Onlar MDB, MDB PA, TŞƏ, TürkPA, İƏT, ATƏT PA, AŞPA missiyaları, ikitərəfli əsasda və Azərbaycan səfirliyi xətti ilə nümayəndə heyətlərinin tərkibində seçkiləri izləyəcəklər.

O, iki ölkənin seçki komissiyaları arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ümid etdiyini bildirib və qarşıdan gələn seçkilərin uğurla keçirilməsini arzulayıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti