news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 dekabr 2024

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "Qarabağda 30 illik ekoterror həqiqətləri" adlı layihə çərçivəsində tədbir keçirilib.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "Qarabağda 30 illik ekoterror həqiqətləri" adlı layihə çərçivəsində tədbir keçirilib.   "Manas" Qırğızıstan -Türkiyə Universitetinin, Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfirliyinin tərəfdaşlığı ilə baş tutan tədbirin əsas məqsədi Qarabağda törədilmiş ekoterror həqiqətlərinin yerli ictimaiyyətin diqqətinə çatdırılmasıdır. "Manas" Qırğızıstan -Türkiyə Universitetinin rektor vəkili Prof. Dr. Almaz İbrayevin açılış nitqi ilə başlayan tədbirdə diplomatik korpusun nümayəndələri, elm xadimləri, tələbələr iştirak ediblər. "Manas" Qırğızıstan -Türkiyə Universitetinin rektoru Prof. Dr. Alpaslan Ceylan, Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Lətif Qəndilov, Azərbaycan Respublikasının Gənclər Fondunun əməkdaşı Seyfur Hacımuradov, Universitetin müəllimi Muhiddin Gümüş, Qırğızıstan Maarif Kamu Vəqfinin müdir yardımçısı Xəyalbek Akmatov, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar çıxış edərək mövzu barədə fikirlərini bölüşüblər. Universitet kollektivinə 30 illik müddətdə Qarabağda ermənilərin törətdikləri ekoterror haqqında geniş məlumat verilib. Layihə çərçivəsində çap olunmuş kitablar paylanılıb. Tədbirin sonunda məruzəçilər Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən təltif olunub. Xatirə fotosu ilə tədbirə yekun vurulub.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti