news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 fevral 2026

Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyində Xocalı Soyqırımının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Cari ilin 24 fevral tarixində Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyində Xocalı Soyqırımının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə səfirliyin əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri və Qırğızıstanın yerli KİV təmsilçiləri iştirak etmişdir.

Mərasimin əvvəlində Xocalı Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş və Xocalı Soyqırımı haqqında Heydər Əliyev Fondu tərəfindən çəkilmiş “Xocalıya Ədalət” adlı sənədli film nümayiş etdirilmişdir.

Səfir Lətif Qəndilov tədbirdə çıxış edərək Xocalı Soyqırımının tarixi haqqında iştirakçılara geniş məlumat vermiş, hadisənin səbəbi və nəticələri barədə danışmışdır.

Görüşdə iştirak edən diaspor nümayəndələrindən Akif Alaferdov,  Qiyas Xəlilov  və  Azərbaycan-Qırğızıstan İnvestisiya Fondunun rəhbəri İqbal Babayev çıxış edərək Xocalı faciəsinin xalqımızın qan yaddaşına əbədi yazıldığını və xalqımız tərəfindən unudulmayacağını söyləmişlər. Bişkekdəki Heydər Əliyev adına gimnaziyanın direktori Kanıkey Alımkulova çıxışında göstərilən dəstəyə görə qırğız xalqının və dövlətinin ünvanına söylədiyi xoş sözlərə görə səfirə öz təşəkkürünü bildirmişdir.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti