news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 yanvar 2024

Bişkek şəhərində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr edilmiş anım mərasimi keçirilmişdir

Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyinin təşəbbüsü və «Birlik» Azərbaycan cəmiyyətinin təşkilatçılığı ilə Bişkekdəki bazar günü məktəbində Azərbaycan diasporunun və yerli ictimaiyyətin nümayəndələrinin iştirakı ilə 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr edilmiş anım mərasimi keçirilmişdir.

İlk öncə 20 Yanvar faciəsini özündə əks etdirən foto sərgiyə baxış keçirilmişdir.

Səfirliyin birinci katibi Şahin İsgəndərov tədbiri açaraq 20 Yanvar qurbanları, vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etmişdir.

Daha sonra O, Azərbaycan tarixinə qanlı həriflərlə yazılmış Qanlı Yanvar hadisələri barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.

Tədbirdə eyni zamanda  1990-cı il 20 Yanvar hadisələrinin canlı şahidləri olan ağsaqqal diaspora nümayəndələrinə söz verildi. Onlar da öz növbəsində bu tarixi faciə haqqında olan təsüratlarını tədbir iştirakçıları ilə bölüşmüşdür.

Çıxışlardan sonra 20 Yanvar faciəsindən bəhs edən sənədli filmə baxılmışdır.

  

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti