news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 aprel 2025

Bişkek şəhərində yerləşən Milli Kitabxanada Azərbaycan ədəbiyyatı guşəsinin açılış mərasimi keçirilib

Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Mədəniyyət Günləri çərçivəsində Alıkul Osmonov adına Milli Kitabxanada Azərbaycan ədəbiyyatı guşəsinin təntənəli açılışı keçirilib. Bu hadisə iki qardaş xalq arasında uzunillik dostluğun möhkəmlənməsinin və ortaq tarixi, mənəvi dəyərlərə əsaslanan mədəni əlaqələrin inkişafının rəmzi kimi qiymətləndirilir.

 

Açılış mərasimi zamanı görkəmli şair, dramaturq və ictimai xadim Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş ədəbi-bədii axşam təşkil olunub.

 

Tədbirdə Qırğız Respublikasının mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıqova, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, diplomatik korpusun nümayəndələri, mədəniyyət xadimləri, ədəbiyyatşünaslar iştirak ediblər.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti