news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 sentyabr 2025

Bişkek şəhərindəki Uşaq və Gənclər Kitabxanasında türkdilli xalqların ədəbiyyat mərkəzinin açılış mərasimi keçirilib.

Bişkek şəhərindəki Uşaq və Gənclər Kitabxanasında türkdilli xalqların ədəbiyyat mərkəzinin açılış mərasimi keçirilib.

 

Tədbirdə Qırğız Respublikası mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambetaliev, Türkiyənin Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Mekem Mustafa Kemal Okem, Azərbaycan Respublikasını Qırğız Respublikasındakı səfirliyinin birinci katibi Şahin İsgəndərov, eləcə də elm və mədəniyyət sahələrinin nümayəndələri iştirak ediblər.

 

Türkdilli xalqların ədəbiyyat mərkəzi ötən il Ankarada keçirilmiş Qırğızıstan–Türkiyə hökumətlərarası komissiyasının 11-ci iclasında qəbul edilmiş protokol əsasında hazırlanmış tədbirlər planı, həmçinin 2024-cü il 6 noyabr tarixində Bişkekdə baş tutmuş Türk Dövlətləri Təşkilatının 11-ci sammiti çərçivəsində yaradılıb.

 

Mərkəzin açılışı Qırğız Respublikasının Dövlət dili günü ilə üst-üstə düşərək ikiqat əhəmiyyət kəsb edirdi. Mərkəz türkdilli xalqların tarixi, mədəniyyəti, ədəbiyyatı və mənəvi irsinin qorunmasına və təbliğinə həsr olunub. Burada tələbələr, tədqiqatçılar və geniş oxucu auditoriyası üçün açıq informasiya mənbəyi yaradılmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti