Bişkekdə «Azərbaycan incəsənətinin incilərində yaşayan milli irs» adlı sərgi keçirilib
Qırğız Milli Təsviri Sənət Muzeyində “Azərbaycan incəsənətinin incilərində yaşayan milli irs” adlı sərginin təntənəli açılış mərasimi keçirilib.
Açılış mərasimində Qırğız Respublikası mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıqova, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynov, diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışında Gülbara Abdıkalıqova bildirib ki, bu sərgi sadəcə incəsənət əsərlərinin toplusu deyil, azərbaycan xalqının canlı tarixini, fəlsəfəsini və mənəvi dərinliyini əks etdirən mədəni irs nümunəsidir.
Daha sonra qonaqlar Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən hazırlanmış və müxtəlif sənət nümunələrini özündə birləşdirən ekspozisiyalarla tanış olublar.