news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 may 2025

Bişkekdə Nizami Gəncəvi adına məktəbdə Azərbaycan mədəniyyətinin zənginliyini və dəyərini əks etdirən tədbir keçirilib

Mayın 20-də Bişkek şəhərində yerləşən 103 nömrəli Nizami Gəncəvi adına orta məktəbdə Azərbaycan mədəniyyətinin zənginliyini və dəyərini əks etdirən tədbir baş tutub. Tədbir çərçivəsində məktəbə Azərbaycan dilində dərsliklər, milli suvenirlər, qədim el sənətinin nümunələri olan milli geyimlər, dahi Azərbaycan şairi Nizami Gəncəvinin portreti və digər dəyərli atributlar təqdim edilib.

 

Bu tədbir Səfirliyin dəstəyi, Azərbaycan–Qırğızıstan İnkişaf Fondunun, Qırğız Respublikasındakı “Birlik” Azərbaycanlılar İctimai Birliyinin və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi nəzdindəki Dəstək Fondunun birgə təşəbbüsü ilə həyata keçirilib.

 

Tədbir iştirakçıları çıxışlarında bu təşəbbüsün iki qardaş xalq arasında dostluq və mədəni körpülərin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıblar. 

 

Azərbaycanın böyük söz ustadı Nizami Gəncəvinin adını daşıyan məktəbdə belə bir tədbirin keçirilməsi həm tarixi yaddaşın yaşadılması, həm də gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi baxımından xüsusi önəm daşıyır. 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti