Gəncədə törədilən müharibə cinayətinin qurbanlarının xatirəsi Qırğız Respublikasında anılır
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin oktyabrın 17-də gecə vaxtı atəşə tutulması nəticəsində həlak olan həmvətənlərimizin əziz xatirəsini anmaq üçün ölkəmizin Qırğız Respublikasında səfirliyinin binasının önündə xüsusi guşə yaradılıb.
Bişkek şəhərinin sakinləri mülki əhaliyə qarşı xain hücumun nəticələrini əks etdirən şəkillərdən ibarət guşənin önünə gül-çiçək, uşaq oyuncaqları düzür, başsağlığı verir və yaralılara şəfa diləyirlər.