news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 mart 2025

Nizami günləri çərçivəsində Səfirlik tərəfindən keçirilən tədbir

12 mart tarixində Nizami günləri çərçivəsində Səfirlik Bişkek şəhərində yerləşən Nizami Gəncəvi adına 103 nömrəli orta məktəbdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr edilmiş tədbir keçirilmişdir. 

Səfir Lətif Qəndilov tədbiri giriş sözü ilə açaraq bildirmişdir ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi təkcə Şərqin deyil, bütün dünya ədəbiyyatının inkişafına böyük töhfə vermişdir. Nizami yaratdığı əsərlərində yüksək humanizm ideallarının carçısı olmuş, insanları xeyirxahlığa, mərhəmətə, ədalətə səsləmiş, xalqlar arasında dostluq əlaqələri tərənnüm etmiş, insan üçün mənəvi sərvətin hər şeydən üstün olduğuna inanmışdır. Bu səbəbdən də Şərq intibahının banisi Nizami Gəncəvinin yaradıcılığı bütün xalqların arzu və ümidləri ilə həmahəngdir, onun əsərləri əsrlər boyu milyonlarla insanın qəlbində öz əksini tapmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, Nizami Gəncəvi Azərbaycan şairi olmaqla yanaşı, həm də ümumbəşər şairdir.

Sonra tədbir iştirakçılarına məktəb şagirdlərinin ifasında Azərbaycan və Qırğız rəqsləri, Nizami Gəncəvinin əsərlərindən parçalar Azərbaycan, qırğız və rus dillərində təqdim olunmuşdur.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti