Oş şəhərində “Cənub EXPO-2025” IX Beynəlxalq universal sərgisi və “Qırğızıstan – Böyük İpək Yolunda” V Beynəlxalq turizm sərgi-yarmarkası keçirilmişdir
2025-ci ilin 5–7 oktyabr tarixlərində Qırğız Respublikasının Oş şəhərində QR Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə “Cənub EXPO-2025” IX Beynəlxalq universal sərgisi və “Qırğızıstan – Böyük İpək Yolunda” V Beynəlxalq turizm sərgi-yarmarkası keçirilmişdir.
Qeyd olunan sərgi və yarmarkalar iştirakçı ölkələr arasında təcrübə mübadiləsinin aparılması, yeni tərəfdaşlıq sazişlərinin bağlanması və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma rolunu oynayır.
Bu cür tədbirlər ölkələr arasında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı iqtisadi əlaqələrin möhkəmləndirilməsi, ticarət üçün yeni bazarların açılması və biznes mühitinin yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bununla yanaşı Oş şəhərinin 3025 illiyinə həsr olunmuş rəsmi tədbir çərçivəsində, yuxarıda qeyd olunan sərgilərdə iştirak edən Səfirliyin birinci katibi Şahin İsgəndərov Oş şəhərinin meri Jenişbek Toktorbayev ilə görüş keçirmişdir.
Görüş zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, xüsusilə iqtisadi əməkdaşlıq sahəsində əlaqələrin inkişafı müzakirə edilmişdir.