news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 aprel 2025

Qırğız Respublikası Fövqəladə Hallar Nazirliyinə 10 ədəd yanğınsöndürmə avtomobili təhvil verildi

Qırğız Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə bölməsinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən on ədəd yanğınsöndürən maşını verilib.

 

Təqdimetmə mərasimində QR fövqəladə hallar naziri, general-mayor Boobek Ajikeev, Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov və səfirliyin əməkdaşları iştirak ediblər.

 

Boobek Ajikeev qeyd etdi ki, bu gün bizim üçün çox vacib gündür. Azərbaycan Respublikası tərəfindən bizə on ədəd yanğınsöndürən maşın verilib və onlar yaxın vaxtlarda döyüş növbəsində olacaq. Bu, çox vaxtında edilən hədiyyədir.  yanğınsöndürənlərin və xilasedicilərin əməyini qiymətləndirmək çətindir, çünki onlar vətəndaşların müdafiəsində ön cəbhədə dayanır, çətin vəziyyətə düşənlərə yardım etmək üçün həyatlarını təhlükəyə atırlar. 

 

Bununla yanaşı nazir bildirdi ki, bu, Azərbaycanlı dostların ilk xeyriyyə aksiyası deyil. 2015-ci ildə Azərbaycan hökuməti Qırğızıstan yanğınsöndürənlərinə beş yanğınsöndürən maşın bağışlamışdı. Bu gün isə prezident İlham Əliyevin tapşırığı ilə FHN daha on maşın təqdim edir.

 

Səfir Lətif Qəndilov öz növbəsində bildirdi ki,  biz qardaş xalqlarıq. Hər zaman birlikdə olmuşuq və olacağıq. Bu gün maşınların təhvil verilməsi bir daha bunu təsdiqləyir. Ümid edirəm ki, bu texnika yanğınlarla mübarizədə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılmasında səmərəli xidmət edəcək.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti