Qırğız Respublikasının Prezidenti Sadır Japarov COP29-da iştirak etmək üçün Azərbaycana gəlib
Qırğız Respublikasının Prezidenti Sadır Japarov noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfər etmişdir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev, Səfir Lətif Qəndilov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində noyabrın 12-də S.Japarov İqlim Sammitinin açılış mərasimində iştirak etmiş və konfransın plenar iclasında çıxış etmişdir.