news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 sentyabr 2025

Qırğız Respublikasının Sənaye və Ticarət Palatasının Sədri, sabiq Baş Nazir Temir Sarıyev ilə Səfir Lətif Qəndilovun görüşü

 

8 sentyabr tarixində  Qırğız Respublikasının Sənaye və Ticarət Palatasının Sədri, sabiq Baş Nazir Temir Sarıyev ilə Səfir Lətif Qəndilovun görüşü keçirilmişdir.

 

      Görüş zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, xüsusilə iqtisadi əməkdaşlıq sahəsində əlaqələrin inkişafı müzakirə edilmişdir. Tərəflər Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin səviyyəsini yüksək qiymətləndirmiş, Bişkek şəhərində 300 nəfərlik toxuculuq fabrikinin açılmasını əlamətdar hadisə kimi dəyərləndirmişlər. Qeyd olunmuşdur ki, fabrikin yaradılması üçün tələb olunan vəsaitin bir qismi Azərbaycan-Qırğızıstan İnkişaf Fondu tərəfindən maliyyələşdirilmiş və müəssisənin açılışı QR-nin Müstəqillik günü ərəfəsində təntənəli şəkildə həyata keçirilmişdir. 

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti