news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 dekabr 2025

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ölkəmizdə rəsmi səfərdə olan Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 7-də Fəxri xiyabanı ziyarət edib.

Nümayəndə heyəti əvvəlcə xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

Sonra görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət edilib, önünə tər güllər düzülüb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti