news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 aprel 2025

Qırğızıstanda "Azərbaycan Mədəniyyəti Günləri" keçirilir

Aprelin 20-dən 25-dək Qırğızıstanın paytaxtı Bişkek şəhərində "Azərbaycan Mədəniyyəti Günləri" keçiriləcək və bu tədbir iki ölkənin mədəni əlaqələrində yeni səhifə açacaqdır.

Tədbirlə bağlı ölkəmizdən incəsənət ustaları, ədəbiyyat və mədəniyyət xadimləri, bədii kollektivlər, yazarlar və media təmsilçiləri Bişkek şəhərinə səfər etmişlər.

Tədbir çərçivəsində Bişkekdə aparıcı mədəniyyət və təhsil müəssisələrində sərgilər, konsertlər, kitab təqdimatı, ustad dərsi və digər tədbirlər təşkil olunacaq.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti