news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 yanvar 2024

Seçicilərin diqqətinə!

Seçicilərin diqqətinə!

7 fevral 2024-cü il tarixində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri zamanı Qırğız Respublikasında daimi və ya müvəqqəti yaşayan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları Bişkek şəhəri Tolomuş Okeev küçəsi 24 ünvanında yerləşən Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyində təşkil olunmuş seçki məntəqəsində saat  08:00-19:00 arası səs verə bilərlər. Səsvermə zamanı hər bir vətəndaş malik olduğu Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportunu, pasportu olmadığı təqdirdə isə Azərbaycan Respublikasının etibarlı şəxsiyyət vəsiqəsini seçki komisiyasına təqdim etməlidir.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti