Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbirlər
Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib.
Azərbaycanın Qırğızıstandakı səfirliyinin əməkdaşları, azərbaycanlı diaspor nümayəndələri Bişkek şəhərində yerləşən və Heydər Əliyevin adını daşıyan 20 saylı məktəbi ziyarət edərək Ulu Öndərin xatirəsini yad ediblər. Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov məktəbdə Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş stendin açılışını edib.
Stendin açılışında çıxış edən səfir Lətif Qəndilov bildirib ki, Heydər Əliyevin doğum günü Azərbaycan xalqı üçün mühüm gün, ümumxalq bayramıdır. Heydər Əliyev ölkəmizin və xalqımızın həyatında böyük iz qoyub. Bu səbəbdən bu gün bizim üçün son dərəcə vacibdir. Açdığımız bu stend vasitəsilə şagirdlərə Heydər Əliyevin həyat və fəaliyyətini, onun əsas prinsiplərini tanıtmağa çalışdıq.
Məktəbin direktoru Kanıkey Alımqulova öz növbəsində qeyd edib ki, məktəbimizdə Heydər Əliyevin xatirəsinə böyük ehtiram göstərilir. Məhz o, ölkələrimiz arasında möhkəm əlaqələrin əsasını qoyub. Bu gün də münasibətlərimiz həmin dostluq təməli üzərində inkişaf edir. Məktəbimiz bu uğurlu əməkdaşlığın parlaq nümunəsidir.
Daha sonra şagirdlər tərəfindən rəqs nümunələri təqdim edilmiş, Azərbaycan və Qırğız dilində şeirlər səsləndirilmişdir.
Bununla yanaşı səfirlikdə H.Əliyev irsinə dair dəirmi masa keçirilmişdir.