Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Bişkek şəhərində tədbir keçirmişdir
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Səfirlik tərəfindən Bişkek şəhərində yerləşən Heydər Əliyev adına 20 nömrəli gimnaziyada tədbir keçirmişdir.
Tədbir səfir Lətif Qəndilovun, səfirlik əməkdaşlarının və məktəb kollektivinin məktəbinin foyesində ucaldılmış Heydər Əliyevin büstü önünə gül dəstəsi qoymaqla başlamışdır. Sonra məktəb şagirdlərinin çəkdikləri rəsmlərdən ibarət "Azərbaycan mənim dostumdur" mövzusunda rəsm sərgisi nümayiş etdirilmişdir. Nümayiş olunan rəsmlərdə məktəb şagirdləri Azərbaycan ilə Qırğızıstan arasında dostluq münasibətlərini özünəməxsus şəkildə təsvir etmişlər.
Sonra səfir və səfirliyin əməkdaşları məktəbin 5-ci və 7-ci siniflərində “Heydər Əliyev” və “Lider kimdir?” mövzuslarında təşkil olunan açıq dərslərdə iştirak etmişlər. Daha sonra gimnaziyanın şagirdlərinin iştirakı ilə ümumilli lider Heydər Əliyevin ad gününə həsr olunmuş musiqili-bədii konsert keçirilmişdir.