Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir
21 fevral tarixində Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyində Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə səfirliyin əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri və Qırğızıstanın yerli KİV təmsilçiləri iştirak etmişdir.
Mərasimin əvvəlində Xocalı Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş və Xocalı Soyqırımı haqqında Heydər Əliyev Fondu tərəfindən çəkilmiş “Xocalıya Ədalət” adlı sənədli film nümayiş etdirilmişdir.
Səfir Lətif Qəndilov tədbirdə çıxış edərək, Xocalı Soyqırımının tarixi haqqında iştirakçılara geniş məlumat vermiş, hadisənin səbəbi və nəticələri barədə danışmışdır.
Sonda tədbir iştirakçıları Xocalı soyqırımına həsr olunmuş sərgi ilə tanış olmuşlar onlara Səfirliyin hazırladığı press-reliz təqdim olunmuşdur.