«Yaşıl Miras» təşəbbüsü və Dünya Torpaq Günü münasibətilə Bişkek şəhərində ağacəkmə aksiyası keçirilmişdir.
«Yaşıl Miras» təşəbbüsü və Dünya Torpaq Günü münasibətilə Bişkek şəhərində ağacəkmə aksiyası keçirilmişdir.
Qırğız Respublikasının Prezidenti Sadır Japarovun "Yaşıl Miras" milli təşəbbüsünün həyata keçirilməsi və Dünya Torpaq Günü münasibətilə, QR Xarici İşlər Nazirliyi, ölkədə akkreditə olunmuş xarici dövlətlərin səfirliklərinin konsullarının iştirakı ilə ağacəkmə aksiyasını təşkil etmişdir. Bu tədbir ətraf mühitin qorunmasına diqqət çəkmək, ekoloji sahədə beynəlxalq əməkdaşlığı gücləndirmək və dayanıqlı inkişafın təşviq edilməsi məqsədilə həyata keçirilmişdir.
Tədbirdə Səfirliyin konsuluq məsələləri üzrə məsul əməkdaşı Şahin İsgəndərov iştirak etmişdir.