2021-09-27

Qırğız Respublikasında 27 sentyabr – Anım günü mərasimi keçirilmişdir

Öncə Səfirlik tərəfindən 27 sentyabr – Anım günü ilə bağlı geniş press-reliz hazırlanaraq Qırğızstan XİN-ə, ölkədə akkreditasiya edilmiş səfirliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinnə, mətbuata göndərilmişdir. Həmçinin Səfirliyin binası önündə Ermənistanın terrorunu əks etdirən guşə yaradılıb.

Qeyd edək ki, sentyabr ayının 27-də saat 9:00-dan başlayaraq 24 saat ərzində Bişkek şəhərinin müxtəlif ünvanlarında yerləşən “A MEDİA” şirkətinə məxsus 22 elektron lövhədə 6 dəqiqədən bir on saniyə görünməklə üçrəngli Bayrağımız üzərində rus dilində “Qarabaq Azərbaycandır!” və “Qəhramanlarımızı qürurla anırıq!” şüarları nümayiş etdirilmişdir.

Səfirliyimizin önündə keçirilən mərasimdə Bişkek şəhərinin sakinləri, ölkənin ictimai-siyasi xadimləri, Qırğızstanda fəaliyyət göstərən Universitetlərin müəllim-professor heyəti, Azərbaycan diasporunun nümayəndələri və jurnalistlər mülki əhaliyə qarşı xain hücumun nəticələrini əks etdirən guşənin önünə gül-çiçək qoyur və Vətən uğrunda canından keçmiş Şəhidlərimizə ehtiramlarını ifadə etmişlər.

Aksiya iştirakçıları erməni terrorunun qurbanı olan günahsız insanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər və onların ruhlarına dualar oxumuşlar.

Azərbaycan və Qırğızstan Dövlət bayraqlarının dalğalandığı aksiyada “Anım Günü – Milli qürur günü!”, “Şəhidlər ölməz!”, “Şəhidləri ehtiramla anırıq!”, “Vətən var olsun!”, “Sağ ol, Azərbaycan əsgəri!” və sair kimi şüarlar səsləndirmişlər.

Qırğız Respublikası Gimnastika Federasiyasının prezidenti Əsəd Əsədov giriş sözü ilə çıxış edib, Azərbaycan torpaqlarının erməni barbarlarından azad olunması uğrunda baş vermiş Vətən Müharibəsinin ildönümün qeyd edilməsi tədbirində iştirak üçün hər kəsə dərin təşəkkürünü bildirib. Qed etmişdir ki, Qalibiyyətlə başa çatmış, 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində şanlı Azərbaycan Ordusu mənfur düşməni darmadağın etməklə uzun illər işğal altında qalan torpaqlarımızı azad etmiş, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz bütün dünyaya öz qüdrətini və gücünü nümayiş etdirib.

"Qırğız-Türk" Manas " Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin Beynəlxalq Əlaqələr Bölümünün dosenti Mehmet Emin Erendor, Qırğızstan-Azərbaycan dostluq cəmiyyətinin sədri Akif Alaferdov, “Mərkəzi Asiyada Azərbaycanlıların birliyi” İctimai Birliyinin Prezidenti  Xansıvar Baxşəliyev, Pervomaysk kənd orta məktəbin rus dili və ədəbiyyat müəllimi Alla Qurbanova və digərləri çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən Müharibəsində şəhid olanlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyiblər, belə qəhrəman övladlar yetişdirdikləri üçün ailələrinə minnətdarlığını bildirərək qazanılmış Zəfərdə misilsiz rolu olan şəhidlərin heç vaxt unudulmayacağını bildirmişlər.

Sonda çıxış edən səfir Hidayət Orucov Vətən Müharibəsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin tarixi, Ermənistan işğalının ağır nəticələri, regionun sabitliyi və inkişafına təsiri, uzun illər ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan nəticəsiz danışıqlar barədə məlumat verib. Diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyev bütün yüksək beynəlxalq təşkilatların kürsülərindən Azərbaycanın münaqişəni hərbi yolla da həll etməyə qadir olduğunu dəfələrlə bəyan edirdi. Dövlətimiz Ermənistanla münaqişəni sülh yolu ilə nizamlamaq məramını və münaqişənin hərbi yolla həll olunmasında təqsirkar işğalçı ölkə olduğunu qeyd edib. Vurğulayıb ki, Azərbaycan beynəlxalq ictimaiyyətdə müharibə üçün legitim hüquq qazanıb və bütün beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq yalnız Ermənistan ordusu ilə müharibə aparılıb. 9 aprel 2021-ci ildə QR Prezidenti Sadır Japarov səfiri qəbul edərkən Prezidentimiz İlham Əliyevi və bütün Azərbaycan xalqını Vətən Müharibəsində qazanılan möhtəşəm qələbə və dədə-baba torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbrik etdiyni diqqətə çatdırıb. Qırğız xalqının dəstəyi hiss olunduğunu qeyd edərək ölkənin tanınmış ictimai-siyasi xadimləri, görkəmli ziyalıları, yaradıcılıq təşkilatları və digərləri Prezidentimizə müharibə zamanı çoxsaylı dəstək məktubları göndərdikləri və sonra qələbə münasibəti ilə təbrik etdikləri xatırlatmışdır.

Aksiyadan sonra səfir Hidayət Orucov tədbirdə iştirak edən təşkilatların ağsaqqalları Səfirliyə dəvət edərək onlarla söhbət etmişdir.

Arxiv üzrə axtarış