2022-03-01

Qirğiz Respublikasına səyahət etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə!

Yeni qaydalara əsasən 2022-ci il mart ayının 1-dən Qırğız Respublikasına səyahət etmək istəyən Azərbaycan Respublikası vətəndaşları və vətəndaşlığı olmayan şəxslər ölkəyə girişi zamanı 72 saat ərzində COVİD-19-a dair PCR testin neqativ nəticəsini və ya koronavirus infeksiyasına qarşı peyvənd alındığını təsdiq edən sənəd (sertifikat) təqdim etməlidirlər (12 yaşınadək uşaqlar istisna).

O cümlədən 2022-ci il mart ayının 1-dən Qırğız Respublikasına səfər etmiş Azərbaycan Respublikası vətəndaşları 10 gündən çox ölkədə qalacaqları təqdirdə müvafiq orqanlarda qeydiyyatdan keçməlidirlər.

Xahiş edirik nəzərə alasınız. 

 

Arxiv üzrə axtarış