2022-11-16

Bişkek şəhərində 8 Noyabr-Zəfər Gününün 2-ci ildönümü ilə əlaqədar konfrans və fotosərgi təşkil edilmişdir.

Cari ilin noyabr ayının 12-də “Mərkəzi Asiyanın Tərəqqipərvər Azərbaycanlıları Birliyi” tərəfindən Bişkek şəhərinin “Park Hotel”-də 8 Noyabr-Zəfər Gününün 2-ci ildönümü ilə əlaqədar konfrans və fotosərgi təşkil edilmişdir.

Tədbirdə səfir Lətif Qəndilov, Səfirliyin birinci katibi Mübariz Cəfərov, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) keçmiş baş katibi Altınbek Mamayusupov, “Azərbaycanın qırğız dostları klubu”nun prezidenti Assol Moldokmatova, “Azəri” İctimai Birliyinin fəxri prezidenti Akif Alaferdov, diaspora fəalları, yerli ictimaiyyətin və mətbuatın nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə “Mərkəzi Asiyanın Tərəqqipərvər Azərbaycanlıları Birliyi”-nin sədri Xansıvar Baxşaliyev açmış və ölkələrin himləri səsləndirilmişdir. Azərbaycanın himni səsləndirilən zaman texniki problem olmuş, vəziyyətlə əlaqədar səfir himnimizi canlı ifa etməyi təklif etmiş və iştirakçılarla birlikdə himnimizi oxumuşdur. Səfirin bu addımı iştirakçılar tərəfindən alqışlanmışdır.

X.Baxşıyev 44 günlük müharibə ilə bağlı iştirakçılara məlumat vermiş və konfransda iştirak etdikləri üçün təşəkkürünü bildirmişdir.

 Səfir Lətif Qəndilov öz çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın yağıların tapdağından azad edilməsi üçün iqtisadi, siyasi, hərbi sahələrdə həyata keçirilmiş işlər barədə iştirakçılara ətraflı məlumat vermiş, müzəffər ordumuz tərəfindən BMT-nın işğalçı Ermənistan ordusunun torpaqlarımızdan qeyri-şərtsiz çıxması ilə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirildiyini qeyd etmişdir.

“Azərbaycanın qırğız dostları klubu”nun prezidenti Assol Moldokmatova  Azərbaycanın əldə etdiyi qələbədən sonra ölkəmizdə səfərdə olduğunu, ermənilər tərəfdən törədilmiş dağıntıları öz gözləri ilə gördüyün, Prezident İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərdə aparılan quruculuq və bərpa işləri barədə konfrans iştirakçılarına ətraflı məlumat vermişdir.

TÜRKPA-nın keçmiş baş katibi Altınbek Mamayusupov isə çıxışında qeyd etmişdir ki, torpaqlarımız işğaldan azad edilən zaman ölkəmizdə olmuş, Azərbaycan xalqının öz Prezidentinin ətrafında sıx birləşərək Dövlət-xalq-ordu birliyi nümayiş etdirdiyinin şahidi olmuş və bu birlik haqq işində qələbə çalmışdır.

“Azəri” İctimai Birliyinin fəxri prezidenti Akif Alaferdov konfrans iştirakçılarına qələbəyə gedən yoldan, ordumuzun rəşadətli döyüş yolundan, azad edilmiş bölgədə ermənilər tərəfindən törədilmiş vəhşilikdən bəhs etmişdir.

Tədbirin sonunda 8 Noyabr-Zəfər Günü münasibəti ilə təşkil edilmiş fotosərgiyə baxış keçirilmiş və furşet təşkil edilmişdir.

Arxiv üzrə axtarış