2023-05-11

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı Bişkek şəhərində konsert keçirilmişdir.

Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar may ayının 10-da Opera və Balet teatrının foyesində sərgi təşkil etmiş və “Malaxit” zalında konsert keçirtmişdir.

Konsertdə Qırğızıstanın xalq artisti Cumakadır Kanimetov dirijorluq etmiş, A.Maldıbaev adına Akademik Opera və Balet Teatrının Akademik Simfonik Orkestrinin ifasında görkəmli Azərbaycan bəstəkarlarının əsərləri ifa olunmuşdur.

Konsertdə Nazirlər Kabineti sədrinin müavini, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının Qırğızıstan tərəfdən həmsədri Bakıt Torobayev, keçmiş xarici işlər naziri, deputat Çingiz Aydarbekov, deputat Arslanbek Maliev,  Qırğızıstan Ali Sovetinin sədri (1990-1993), Türk Dövlətləri Təşkilatı yanında Ağsaqqallar Şurasının üzvü Medetxan Şerimkulov, Çingiz Aytmatov adına Beynəlxalq fondun prezidenti Eldar Aytmatov, Azərbaycanın Dostları Klubunun prezidenti, Çingiz Aytmatov adına İssık-Kul Forumunun baş katibi, xalq artisti Assol Moldokmatova, Bişkek şəhərində akkreditə olunmuş Səfirliklərin və beynəlxalq təşkilatların rəhbərləri və əməkdaşları, Qırğız-Türk Manas Universitetinin rektoru, Heydər Əliyev adına 20 nömrəli gimnaziyanın və Nizami Gəncəvi adına 103 nömrəli məktəbin direktoru, müəllimləri və şagirdləri, Azərbaycan diasporunun, yerli ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak etmişlər.

Səfir Lətif Qəndilov tədbiri açaraq iştirakçılar qarşısında çıxış etmiş, Heydər Əliyev haqqında söz açmış, ümummilli lider kimi xalqın taleyindəki rolundan danışmışdır.

Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayev öz çıxışında ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə xalqımızı təbrik etmişdir.

Konsert son dərəcə uğurlu olmuş, dinləyiciləri heyran etmişdir.

Arxiv üzrə axtarış