2023-05-11

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı səfir Lətif Qəndilovun “Вечерний Бишкек” qəzetində məqaləsi dərc edilmiş, televiziya kanallarında ümummilli liderin həyat və fəaliyyətinə dair film nümayiş etdirilmişdir.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Səfir Lətif Qəndilovun Qırğızıstanın “Вечерний Бишкек” qəzetində “Гейдар Алиев опирался на мудрость своего народа” başlıqlı məqaləsi dərc edilmişdir.

Həmçinin Səfirliyin təşəbbüsü ilə ümummilli liderin yubileyi ilə əlaqədar may ayının 6-da Qırğız Respublikasının dövlət teleradio yayım korporasiyası olan KTRK televiziya kanalında Andrey Konçalovskinin “Бремя власти” filminin birinci və ikinci bölmələri nümayiş etdirilmişdir.

May ayının 10-da isə Piramida televiziya kanalında səfir Lətif Qəndilovla Qırğızıstan Ali Sovetinin sabiq sədri, hal-hazırda Qırğızıstan Ağsaqqallar Şurasının üzv, eyni zamanda Türk Dövləti Təşkilatı yanında Ağsaqqallar Şurasında Qırğızıstanı təmsil edən Medetxan Şerimkulovun ulu öndərlə bağlı verdiyi birgə müsahibənin, o cümlədən Heydər Əliyevin həyat və fəaliyyəti, Səfirlik tərəfindən yubiley ilə əlaqədar Qırğızıstanda keçirilmiş tədbirlərlə bağlı materialın efirə verilməsi Səfirlik tərəfindən təmin edilmişdir.

   Dərc edilmiş və efirdə göstərilmiş materialları məlumat üçün diqqətinizə təqdim edirik.

Arxiv üzrə axtarış