2024-03-01

Manas Universitetində “Azərbaycanın mədəniyyət günləri” tədbiri keçirilmişdir.

21 fevral tarixində Azərbaycanın  Bişkek şəhərindəki Manas Universitetində “Azərbaycanın mədəniyyət günləri” tədbiri keçirilmişdir.

Tədbirdə Qırğız-Türk Manas Universitetinin rektoru Alpaslan Ceylan,  prorektor Mehmet Sezai, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin direktoru  Aqil Ələsgərov, “İpəkyolu Komu Diplomatiyası Fondu”nun direktoru Seyfullah Türksoy, səfirliyin birinci katibi Şahin İsgəndərov və üçüncü katib Mircavid Mirsultanov, Türkiyə səfirliyinin diplomatları, «Birlik» Azərbaycan diaspora təşkilatının sədri Xansuvar Baxşəliyev, Qırğızıstan Ahıska Türkləri Dərnəyinin nümayəndəsi, Manas Universitetinin professor-müəllim heyəti və tələbələr iştirak etmişdir.

Tədbir proqramına uyğun olaraq ilk öncə Qırğızıstan, Türkiyə və Azərbaycanın dövlət himnləri səsləmndirilmiş, daha sonra Azərbaycan mədəniyyəti və tarixinə həsr edilmiş rəsm sərgisinə baxış keçirilmişdir.

Tədbirdə Etibar Babayev və Seyfulla Türksoyun müəllifi olduqları  “Heydər Əliyev - xatirələr işığında” kitabının təqdimatı olmuş, kitablar tədbir iştirakçılarına hədiyyə edilmişdir.

Tədbirdə açılış nitqləri ilə çıxış edən Manas universitetinin prorektoru Mehmet Sezai, Səfirliyin birinci katibi Şahin İsgəndərov, Yeni Çağ Media Qrupunun direktoru Aqil Ələsgərov, İpək Yolu İctimai Diplomatiya Fondunun prezidenti Seyfullah Türksoy tərəfindən Azərbaycan xalqının zəngin tarixi, mədəniyyəti, incəsənətinə dair tədbir iştirakçılarına geniş məlumat verilmiş, müasir Azərbaycanın qurucu Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş “Heydər Əliyev - xatirələr işığında” kitabına dair öz fikirləri ilə bölüşmüşlər.

Daha sonra “Azərbaycanın mədəniyyəti günləri” proqramı çərçivəsində “Dədə Qorqud”, “Dolu” və “Fəryat” adlı Azərbaycan filmləri iştirakçılara nümayiş etdirilmişdir.

 

 

 

 

 

Arxiv üzrə axtarış